06:06 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
13 0 0

78 yaşlı aktyor öz istəyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir

BAKI, 11 noyabr — Sputnik. Türkiyə kinematoqrafiyasında xüsusi imzası olan Şənər Şən koronavirusa yoluxub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 78 yaşlı aktyor öz istəyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Məlumat üçün bildirək ki, o, sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası Əli Şən kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görüb. Radio teatrlarında oynayan Şən teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film sahəsində ilk addımlarını epizodik rollarla başlayan aktyorun karyerasında məşhurluğu "Hababam Sinifi" filmində bədən tərbiyə müəllimi Badi Əkrəm obrazı ilə olub. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olub.

Aktyor "Hababam Sinifi", "Hababam Sinifi Sinifdə Qaldı", "Tosun Paşa", "Ürək yarası", "Ov mövsümü" və "Yol ayrıcı" filmləri ilə məşhur olub.

Əsas mövzular