Ermənistan baş qərargah rəisi – Müharibəni uduzduq

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidНосилки на территории городского морга в Ханкенди
Носилки на территории городского морга в Ханкенди - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Paşinyan bəyanatı imzalamaq barədə qərarı həm təklifimə, həm də vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrini nəzərə alaraq verdi.

BAKI, 11 noyabr — Sputnik. Ermənistan baş Qərargah rəisi Onik Qasparyan ölkəsinin Qarabağda gedən müharibəni uduzduğunu etiraf edib. Bu barədə Sputnik Ermənistan "Aykakan Jamanak" nəşrinə istinadən xəbər verir.

"Baş nazir Paşinyan bəyanatı imzalamaq barədə qərarı həm təklifimə, həm də vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrini nəzərə alaraq verdi. Bu qərar mütləq bir zərurət idi, rədd cavabı geri dönməz nəticələrə gətirib çıxara bilərdi. Bu açıq şəkildə qəbul edilməli və başa düşülməlidir. Düşünürəm ki, hər hansı bir fərziyyədən asılı olmayaraq bu qərar ən düzgün qərardır. Bu, bizim üçün çox acı bir həqiqətdir, amma bu vəziyyətin obyektiv qiymətləndirilməsinin nəticəsidir", - Ermənistan Baş Qərargah rəisi qeyd edib.

Подпись, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Putin, Əliyev və Paşinyan arasında razılaşdırılmış - BƏYANAT

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0