23:30 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
249 0 0

Millət vəkili Tahir Kərimli Vətənin azadlığı uğrunda can qoyan, döyüşən, qazi olan əsgər, hərbçilərin ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün təkliflər səsləndirib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Ötən gün şanlı, müəzəffər Azərbaycan Ordusu əhəmiyyətli qələbələrdən birinə imza ataraq Şuşanı azad etdi. 1992-ci ilin 8 mayında ermənilər tərəfindən işğal olunan Şuşa 8 noyabrda işğaldan azad olundu.

27 sentyabrdan etibarən torpaqlarımızın azad olunması yolunda vuruşan əsgərlərimiz, qazilərimiz və şəhidlərimizin ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müəyyən addımların atılacağı istisna deyil.

Millət vəkili Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlamasında Vətənin azadlığı uğrunda can qoyan, döyüşən, qazi olan əsgər, hərbçilərin ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün təkliflər səsləndirib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümumiyyətlə, şəhid ailələri, döyüşlərdə vuruşan, vuruşub qazi olan əsgər, hərbçilərimiz bütün vergilərdən azad olunsun, mənzillə, işlə təmin olunsun və onlara xüsusi kompensasiya ayrılsın, xüsusi imtiyazlar verilsin. Bu şəxslərin hamısı üçün arzu etdikləri hər bir şəraiti yaratmalıyıq, onlar buna layiqdirlər. Onların hər birini Şuşada mənzillə təmin etmək çox gözəl olardı".

"Əlbəttə, bu döyüşlərdə iştirak edənlər arasında Milli qəhrəmanlar da olacaq, onlar haqda müxtəlif sənədli və bədii filmlər də çəkiləcək", - deyə millət vəkili əlavə edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)

Əsas mövzular