13:28 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
73 0 0

"Diriliş Ertuğrul" serialında Almıla Hatun obrazını canlandıran aktrisanın bu ifasında klassik, rok, caz, pop və Azərbaycan musiqiləri sintez edilib

BAKI, 9 noyabr — Sputnik. "Diriliş Ertuğrul" teleserialının aktrisası Könül Nağıyeva oxuduğu mahnıda "Karabakh is Azerbaijan" deyərək Qarabağın Azərbaycana məxsus olduğu mesajını verib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana dəstək göstərmək üçün müxtəlif musiqi janrlarının da yer aldığı mahnının videosunu sosial şəbəkələrdə paylaşan K.Nağıyevaya çoxsaylı insan dəstək göstərib.

Bununla bağlı Türkiyə mətbuatına verdiyi müsahibəsində aktrisa hər kəsi həqiqəti danışmağa, gerçəkləri dəstəkləməyə və hər dildə, müxtəlif janrda oxumaq üçün hamını ona qoşulmağa çağırıb: "Həqiqəti dəstəkləyirəm və həqiqət budur ki, "Qarabağ Azərbaycandır!". Azərbaycanda bir çox mədəniyyətlər mövcuddur. Biz həmişə tolerant xalq olmuşuq və bu, heç vaxt dəyişməyəcək. Çünki biz digər mədəniyyətləri sevirik və onlara hörmət edirik. Bu gün musiqi ilə həqiqəti söyləyirəm. Müxtəlif musiqi tərzlərini özündə cəmləşdirən bu melodiyada yalnız bir mesaj var, o da "Qarabağ Azərbaycandır!".

Müsahibədə qeyd edilir ki, "Diriliş Ertuğrul" serialında Almıla Hatun obrazını canlandıran aktrisanın bu ifasında klassik, rok, caz, pop və Azərbaycan musiqiləri sintez edilib.

Əsas mövzular