03:10 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
46 0 0

"Burada biz həmişəki kimi ikili standartlarla üz-üzəyik, birinə nəyisə etmək olar, o birinə yox. ABŞ-ın bütün bu açıqlamaları ikili diplomatiya yürütmək nümunəsidir".

BAKI, 6 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Kiprdən Rusiya Donanmasına məxsus gəmiləri öz limanlarına buraxmamaq tələbinə cavab verib. Politoloq, Ali İqtisadiyyat Məktəbinin professoru Oleq Matveyçev Sputnik radiosunun efirində Vaşinqtonun bu cür təzyiqlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuperin Rusiya gəmilərinin Kipr limanlarına qəbulu ilə bağlı sözlərini şərh edib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Kuper ABŞ-ın Kiprin Rusiya hərbi gəmilərinin limanlara daxil olmasının qarşısını almaq üçün heç bir tədbir görməməsindən məmnun olmadığını dilə gətirmişdi. Onun sözlərinə görə, əgər Kipr Rusiya gəmilərinin limandan keçməsinə icazə verməsə, ABŞ-la müdafiə sahəsində daha çox əməkdaşlıq etmək imkanı qazanar.

Zaxarovanın sözlərinə görə, Vaşinqtonun hər hansı bir ölkə ilə qarşılıqlı əlaqələrin inkişafı üçün şərt kimi Rusiya Federasiyası ilə əməkdaşlığın pozulmasını irəli sürdüyü ilk dəfə müşahidə edilmir.

"Bu cür yanaşma istənilən dövlətin müstəqil xarici siyasət yürütmək hüququna ziddir", – deyə Zaxarova brifinqdə bildirib.

Politoloq, Ali İqtisadiyyat Məktəbinin professoru Oleq Matveyçev də Sputnik radiosunun efirində Vaşinqtonun bu cür təzyiqlərinin qəbuledilməz olduğunu vurğulayıb.

"Ortada öz qarşılıqlı maraqları çərçivəsində hərəkət edən iki suveren dövlət var: Rusiya və Kipr. Gəmilərlə və ya gəmilərsiz, bunun Amerikaya dəxli yoxdur. ABŞ başqa bir ölkənin işinə qarışır, daha doğrusu, bir deyil, iki ölkənin – Kiprin və Rusiyanın. Bu isə yolverilməzdir. Halbuki ABŞ özü heç bir dövlətə imkan verməz ki, onun daxili məsələsinə qarışsın. Burada biz həmişəki kimi ikili standartlarla üz-üzəyik, birinə nəyisə etmək olar, o birinə yox. ABŞ-ın bütün bu açıqlamaları ikili diplomatiya yürütmək nümunəsidir. Bunun yalnız bir cavabı var: hər hansı bir Amerika "resepti"ndən açıq şəkildə imtina etməklə, suverenliyini təsdiqləmək. Əgər onlar (amerikalılar – red.) həyasızcasına nəyi isə bəyan edirlərsə, buna qətiyyən məhəl qoyulmamalıdır", – deyə Oleq Matveyçev bildirib.

Əsas mövzular