Gürcüstanda vəziyyət gərgin olaraq qalır, 22 ölü

© AFP 2023 / VANO SHLAMOVСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48,3 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 6 noyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 2775 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 51993-ə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 22 nəfər ölüb, 3560 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 37019-a çatıb, 453 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48,3 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0