22:37 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 5 noyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 2401 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 49218-ə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 20 nəfər ölüb, 2289 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 33459-a çatıb, 401 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular