Müdafiə Nazirliyi: "Döyüş əməliyyatları İran ərazilərindən xeyli uzaqlıqda aparılır"

© Sputnik / StringerЗдание министерства обороны Азербайджанской Республики
Здание министерства обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.

BAKI, 3 noyabr — Sputnik. Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

"Ermənistan tərəfinin erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbər "boş patronla havaya güllə atmaq" kimidir.

Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.

İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.

Göründüyü kimi, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb", - məlumatda bildirilib.

Xəbər lenti
0