03:18 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 46,9 milyonu keçib, 1,21 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 3 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 18648 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 355 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1673686-ya çatıb. Rusiyada pandemiya yayılandan 28828 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1251364-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 46,9 milyonu keçib, 1,21 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular