Azərbaycan Avstriyaya qarşı terroru pislədi

© REUTERS / RADOVAN STOKLASAНа месте происшествия в Вене
На месте происшествия в Вене - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan XİN: "Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorizmin bütün formalarını və təzahürlərini pisləyir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. Vyanadakı dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilən məlumatda bildirilir. Məlumatda həmçinin deyilir:

"Vyanadakı dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorizmin bütün formalarını və təzahürlərini pisləyir".

Qeyd edək ki, ötən gecə Avstriyanın paytaxtı Vyanada terror aktı törədilib. Ən son məlumatlara görə terror aktı nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Xəbər lenti
0