Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 noyabr — Sputnik. Vyanadakı dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilən məlumatda bildirilir. Məlumatda həmçinin deyilir:
"Vyanadakı dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorizmin bütün formalarını və təzahürlərini pisləyir".
Our heartfelt condolences to the families of those killed as a result of terrible attacks in #Vienna. Wishing speedy recovery to all injured. #Azerbaijan as a country suffering from terrorism condemns all forms and manifestations of #terrorism.@MFA_Austria
— MFA Azerbaijan �������� (@AzerbaijanMFA) November 3, 2020
Qeyd edək ki, ötən gecə Avstriyanın paytaxtı Vyanada terror aktı törədilib. Ən son məlumatlara görə terror aktı nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.