CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

© AP Photo / Aziz KarimovПоследствия обстрела в Тертере
Последствия обстрела в Тертере - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün "Aztelekom" tərəfindən telekommunikasiya üzrə vəziyyətə nəzarət gücləndirilib.

BAKI, 3 noyabr — Sputnik. Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib. Baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir.

Ermənistanın təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün "Aztelekom" tərəfindən telekommunikasiya üzrə vəziyyətə nəzarət gücləndirilib.

Xəbər lenti
0