09:43 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2001

AVRO-2020 yayda Avropanın 12 şəhərində keçirilməli idi. Adı dəyişdirilməyən turnir pandemiya səbəbindən 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək

Futbol üzrə 2020-ci il Avropa çempionatının hələlik ilkin variant üzrə keçirilməsi planlaşdırılır, amma belə də mümkündür ki, oyunlar ancaq bir ölkədə keçirilsin.

Bu barədə RİA Novosti-nin turnirin tamamilə Rusiyada keçirilməsi barədə sualına cavab olaraq UEFA-nın nümayəndəsi bildirib.

Bazar ertəsi Fransanın Le Parisien nəşri yazmışdı ki, UEFA koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan AVRO-2020-nin bir ölkədə keçirilməsi variantını nəzərdən keçirir və bu bir ölkə Rusiya ola bilər. Nəşrin məlumatına görə, UEFA koronavirusla bağlı vəziyyəti diqqətlə izləyir və hesab edir ki, hazırkı epidemiya şəraitində turniri əvvəl planlaşdırıldığı kimi 12 şəhərdə keçirmək mümkün deyil. Qeyd olunur ki, AVRO-2020-nin keçirilməsinə etibarlı iddiaçı Rusiya ola bilər, çünki 2018-ci ildə bu ölkə dünya çempionatını da uğurla təşkil etmişdi.

"Bu günə plan belədir ki, biz AVRO-nu planlaşdırdığımız kimi keçirək, ancaq deyə bilərəm ki, biz bu turniri on bir, səkkiz, beş və ya bir ölkədə keçirə bilərik", - Le Parisien-in xəbəri ilə bağlı Avropa çempionatının tamamilə Rusiyada keçirilməsinə dair RİA Novosti-nin sualına cavabında UEFA nümayəndəsi deyib.

AVRO-2020 yayda Avropanın 12 şəhərində keçirilməli idi. Adı dəyişdirilməyən turnir pandemiya səbəbindən 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Plan üzrə oyunları Bakı, Budapeşt, Münhen,  Kopenhagen, Dublin, Bilbao, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidir. Londonun "Uembli" stadionunda o cümlədən həlledici oyunlar - yarımfinallar və final keçirilməlidir. Sankt-Peterburq AVRO-nun qrup mərhələsinin 3 oyununu və bir dörddəbir final oyununu qəbul etməlidir.

Əlaqədar

Bakının AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin siyahısından çıxarılacağı iddia edildi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"
Təxribat futbola da sızdı: Elxan Məmmədov UEFA-ya şikayət edəcək
UEFA tamaşaçıları Çempionlar Liqasının oyunlarına buraxa bilər
Teqlər:
futbol, Rusiya, UEFA, AVRO-2020

Əsas mövzular