QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bağdad Amreyev: "Türk dünyası olaraq qardaş Azərbaycanın yanındayıq"

© Sputnik / Murad OrujovГенеральный секретарь Совета сотрудничества тюркоязычных государств Багдад Амреев
Генеральный секретарь Совета сотрудничества тюркоязычных государств Багдад Амреев  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə fikrimi ifadə etdim.

BAKI, 2 noyabr — Sputnik. Bu dəfə Türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəlib. Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı söyləyib.

"Lazımi bəyanatlar verdik, açıqlamalar etdik. Mən Gəncəyə getdim. Orada da mətbuat nümayəndələri ilə görüşdə bizim daha sərt mövqeyimizi ifadə etdik. Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə fikrimi ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır", - deyə Bağdad Amreyev qeyd edib.

Xəbər lenti
0