Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Valyuta hərraclarında nə qədər vəsait satılıb?

© Sputnik / Murad OrujovДоллары США и азербайджанские манаты
Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Abunə olmaq
Cari ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayında satışın məbləği 46,1 milyon dollar və ya 7,6% azalıb.

BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Fonddan Sputnik Azərbaycan-a məlumat verilib.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin sentyabr ayı ərzində 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında satışın məbləği 46,1 milyon dollar və ya 7,6% azalıb.

Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin avqust ayı ərzində 478,0 milyon ABŞ dolları, iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Xəbər lenti
0