07:20 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Ancaq heç bir namizəd səslərin 50 faizdən çoxunu yığa bilmədiyi üçün noyabrın 15-də bu ölkədə seçkinin ikinci mərhələsi keçiriləcək.

BAKI, 2 noyabr — Sputnik. Moldovada noyabrın 1-də keçirilmiş prezident seçkisinin ilkin nəticəsi açıqlanıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, artıq Moldova Mərkəzi Seçki Komissiyası tərəfindən seçki məntəqələrindən yığılmış protokolların 99,1-faizi işlənib. Komissiya sədri Dorin Çimilin sözlərinə görə, seçkinin ilkin nəticəsinə əsasən, ölkənin keçmiş Baş naziri Maya Sandu 36,12 faiz səslə liderdir. O, indiyə kimi səslərin cəmi 32,64 faizini almış hazırkı dövlət başçısı İqor Dodonu da geridə qoyub.

Bundan başqa, "Bizim partiya"nın namizədi Renato Usatıy səslərin 16,9, "Şor" partiyasının namizədi Violeta İvanova isə 6,5 faizini toplayıb.

"İndiyə kimi seçkidə 1 milyon 364 min 597 seçici iştirak edib, biz səs verənlərin faiz göstəricisini deyil, yalnız ümumi sayını hesablamışıq. Respublika daxilində səs verən seçicilərin sayını da nəzərə alsaq, seçkidə iştirak 40 faizdən çoxdur", – deyə Çimil bildirib.

Beləliklə, seçkidə iştirak edənlərin sayı 33,33 faizlik həddi aşdığına görə, Moldova Mərkəzi Seçki Komissiyası seçkinin baş tutduğunu elan edib. Ancaq heç bir namizəd səslərin 50 faizindən çoxunu yığa bilmədiyi üçün Moldovada noyabrın 15-də seçkinin ikinci mərhələsi keçiriləcək.

Əsas mövzular