20:14 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim

BAKI, 31 oktyabr — Sputnik. "Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim".

Sputnik Azərbaycan xəbər verir ki, bunu özünün "Facebook" səhifəsində Azərbaycanın XİN başçısı Ceyhun Bayramov yazıb.

"Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!", - deyə Ceyhun Bayramov bildirib.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 25 nəfər vəfat edib, 804-ü xəsarət alıb.

Əsas mövzular