QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Canlı qüvvə ehtiyatı tükənən Ermənistan könüllüləri, muzdluları və uşaqları cəlb edir - MN

© Sputnik / StringerКаска армянского солдата, фото из архива
Каска армянского солдата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Eyvazov: "Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir",

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusu bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. 

O, qeyd edib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub. Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb.

Müdafiə Nazirliyinin mətbuat katibinin sözlərinə görə, canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir.

"Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir", - deyə MN-in sözçüsü bildirib. 

Xəbər lenti
0