Həlak olan Rusiya vətəndaşı Gəncədə dəfn ediləcək

© REUTERS / UMIT BEKTASСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
"Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib".

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan Gəncə atəşə tutulduqdan sonra ölən Rusiya vətəndaşı haqqında Rusiya səfirliyini məlumatlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaq: "Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib".

Xatırladaq ki, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vasilyeviç Gəncəyə bibisi gilə qonaq gəlmişdi.

Xəbər lenti
0