QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb

© REUTERS / HANNAH MCKAYМайк Помпео и Джейхун Байрамов, фото из архива
Майк Помпео и Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə son günlər Ermənistan-Azərbaycan təmas xəttində gedən hərbi əməliyyatlar, Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həlli ilə bağlı məsələlər müzakirə edilib.

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vaşinqton şəhərində ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Görüşdə son günlər Ermənistan-Azərbaycan təmas xəttində gedən hərbi əməliyyatlar, Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həlli ilə bağlı məsələlər müzakirə edilib.

M. Pompeo daha sonra Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

Qeyd edək ki, ABŞ ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair Minsk qrupunun üç həmsədr ölkəsindən biridir.

Xəbər lenti
0