CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır

© Sputnik / Murad OrujovМикроавтобус, фото из архива
Микроавтобус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

BAKI, 23 oktyabr — Sputnik. Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, həmin şəhər və rayonlarda 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Xəbər lenti
0