QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"AzerGold" əlvan metalların qeyri-qanuni hasilatına görə Ermənistana qarşı addımlar atır

© AFP 2023 / DAVID GRAYРабочий плавит золотые слитки, фото из архива
Рабочий плавит золотые слитки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin hazırlıq mərhələsinə 2016-cı ildə başlanılıb, 2018-ci ildə hazırlıq mərhələsi üzrə toplanılan materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti işğal edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq addımlar atır. Qeyd edim ki, layihənin hazırlıq mərhələsinə 2016-cı ildə başlanılıb, 2018-ci ildə hazırlıq mərhələsi üzrə toplanılan materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib".

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev deyib. O bildirib ki, sözügedən materiallarda, işğal olunmuş ərazilərdə qızıl, gümüş, mis, molibden və digər əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olan şəxslər və şirkətlər barədə ictimai açıq mənbələrdən toplanılmış məlumatlar əks edilib: "2019-2020-ci illərdə layihənin beynəlxalq komponentinin icrasını təmin etmək məqsədilə, layihənin icrasına nüfuzlu beynəlxalq hüquq şirkəti və bir sıra yerli ekspertlər cəlb olunub. Bu dövr ərzində qızıl da daxil olmaqla əlvan metalların qeyri-qanuni hasilatı və ticarətinin qarşısının alınması, habelə bu cür fəaliyyətin beynəlxalq müstəvidə hüquqi qiymət alması üzrə zəruri addımları əks etdirən Strategiya sənədi hazırlanıb. Bu strategiyanın icrası işğal altında olan əlvan metal yataqları üzrə konkret hüquqi tədbirlərin görüləcəyinə və nəticələrin əldə ediləcəyinə inanırıq”.

Xəbər lenti
0