10:32 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
112 0 0

Manafzadələr ailəsi Azərbaycanın tanınması, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə bir sıra addımlar atıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl və Füzuli, Zəngilan şəhərləri də daxil olmaqla bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri dünya azərbaycanlılarını bir daha yumruq kimi birləşdirib. Sənətindən, peşəsindən, tutduğu statusundan asılı olmayaraq hər kəs Azərbaycana dəstək olmağa çalışır. Türkiyədə yaşayan Manafzadə ailəsi kimi. Manafzadə ailəsi Cavanşir Quliyevin "Əsgər marşı" nı Şanlı ordumuzun tarixi zəfərlərinə həsr edib.

Bu məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycanın Əməkdar artisti, Azərbaycanı dünyada tanıdan qadın dirijor, bəstəkar və pianoçu Turan Manafzadə bildirir ki, həmin marş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xahişi ilə hazırlanıb:

"Videoda gördüyünüz 4 nəfər mən və ailə üzvlərimdir. Atam Azərbaycanın Əməkdar artisti pianoçu İslam Manafov, qardaşım Abuzər Manafzadə, anam və mənəm. Biz Manafzadə ailəsi olaraq hər zaman vətənimizi xarici ölkələrdə mədəni şəkildə təbliğ edirik. Qarabağ həqiqətlərini hər konsertimiz, layihələrimiz vasitəsilə dünyaya çatdırmağa çalışırıq. Bu layihə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bizdən xahişi idi. Bu fikir bizim də ağlımıza gəlmişdi".

Manafzadələr ailəsi Azərbaycanın tanınması, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə bir sıra addımlar atıb: "Mən, ata-anamla Türkiyədə yaşayırıq, qardaşım isə Vyanada yaşayır. Biz ailəliklə - 4 pianoçu bu layihəni icra etdik. Bundan əlavə, "Azərbaycanım" və "Yüksəliş" əsərlərim və qardaşım Abuzər Manafzadənin "Xocalı" əsərini müxtəlif ölkələrdə ifa etmişik".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Əsas mövzular