10:46 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
127 0 0

"Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi "SKAD"lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrildi. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

"Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrildi. Raketlər Ermənistanın Qafan və Cermuk regionlarından atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi "SKAD"lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur", - deyə Hikmət Hacıyev yazıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindən Azərbaycan ərazisinin əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulmasına dair məlumat yayıb: "Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Əsas mövzular