QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ABŞ-dan Azərbaycana terror xəbərdarlığı edilib - Prezidentin köməkçisi

© AFP 2023 / KYLE GRILLOTПротесты в США, фото из архива
Протесты в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir - Hikmət Hacıyev.

BAKI, 19 oktyabr — Sputnik. "Artıq ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir. Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan mülki şəxsləri və xarici diplomatik korpusun nümayəndələrini terror təhdidindən qorumaq üçün bütün lazımi addımları atır: "Biz artıq Azərbaycan səfirlikləri olan ölkələrə müraciət etmişik ki, Azərbaycanda yerləşən diplomatik missiyaların təhlükəsizlik səviyyəsi qaldırılsın, təhlükəsizliyə xüsusi diqqət ayrılsın".

Xəbər lenti
0