Avtomobillər dezinfeksiya edilməli, şəffaf arakəsmələr qoyulmalıdır

© Sputnik / Murad OrujovДвижение транспорта на одной из центральных улиц Баку, фото из архива
Движение транспорта на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belə ki, avtomobillərin mütləq qaydada dezinfeksiya edilməsi, şəffaf arakəsmələrin qoyulması, qoruyucu vasitələrdən istifadə etmək və sərnişinlərin də istifadə etməsini tələb etmək şərtdir.

BAKI, 19 oktyabr — Sputnik. "Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud vəziyyətlə əlaqədar verdiyi qərara əsasən, sərnişin sıxlığının qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Sərnişin sıxlığı, eləcə də şəxsi nəqliyyat vasitələrinin çoxluğu avtomobil yollarında zolaqlar üzrə sıx cərgələnmə ehtimal yarada bilər ki, bu da ümumilikdə nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaranması riskini artırır".

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) mətbuat şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, sərnişin daşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib.

V.Əsədov əlavə edib ki, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin reys qabağı nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə xüsusi diqqət ayırması tapşırılıb.

"Sərnişin daşıma ilə məşğul olan şəxslər nəqliyyat vasitələrinin sayca çoxluğunu təmin etməlidirlər. Eyni zamanda sərnişinlərin daşınması zamanı normadan artıq sərnişin götürülməsinə nəzarət gücləndirilməlidir. Hər bir hərəkət iştirakçısı öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Sərnişinlər özü də avtobuslarda normadan artıq sərnişin gördükdə həmin avtobusa minməyib, növbəti avtobusu gözləməlidirlər. Bununla onlar həm öz, həm də ətrafdakı insanların (sərnişinlərin) sağlamlığını qorumuş olacaqlar", - deyə o vurğulayıb.

O, taksi fəaliyyəti ilə məşğul olan sürücüləri də qaydalara əməl etməyə çağırıb.

Belə ki, avtomobillərin mütləq qaydada dezinfeksiya edilməsi, şəffaf arakəsmələrin qoyulması, qoruyucu vasitələrdən istifadə etmək və sərnişinlərin də istifadə etməsini tələb etmək şərtdir.

Xəbər lenti
0