QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Ermənistana layiqli cavab verir

© Photo : National Defense Ministry of TurkeyTürkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli
Türkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son 13 kəndlə birgə Ermənistan işğalından azad olunan Azərbaycan yaşayış məntəqələrinin sayı 78-ə çatıb.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Ordusu döyüş meydanında Ermənistana layiqli cavab verməyə davam edir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Rəşadətli Azərbaycan Ordusu atəşkəs rejiminə baxmayaraq yaşayış məntəqələrini atəşə tutan Ermənistan ordusuna cavab verməyə davam edir. Son 13 kəndlə birgə Ermənistan işğalından azad olunan Azərbaycan yaşayış məntəqələrinin sayı 78-ə çatıb", - deyə Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" səhifəsində Cəbrayılın daha 13 kəndinin erməni işğalından azad olunduğunu bildirib: "Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!"

Xəbər lenti
0