CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamran Əliyevə yeni vəzifə verildi

© AR Ministry of Internal AffairsBaş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
O, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

BAKI, 16 oktyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Bu barədə xəbəri Sputnik Azərbaycan-a K.Əliyev təsdiqləyib. O bildirib ki, o, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəis müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Hazırda idarənin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat yoxdur.

Xəbər lenti
0