15:45 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (834)
43301

Azərbaycanın Xalq artisti silahı asanlıqla söküb-yığması prosesini televiziya efirində nümayiş etdirərək deyib ki, lazım gəlsə, döyüşmək üçün cəbhəyə gedəcək

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. "Məndə uşaqlıqdan cəbhədə olmaq xəyalları var idi. Düşünürdüm ki, mühasirəyə düşsəm, necə çıxa bilərəm? Nələr fikirləşmişdimsə, başıma gəldi. Mühasirəyə düşmək məqamı da oldu".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Xəzər" TV-də yayıma başlayan "Vaxtı gəldi" proqramının ilk buraxılışında deyib.

Sənətçi Leyla Quliyevanın aparıcılıq etdiyi verilişdə Birinci Qarabağ savaşı zamanı orduya könüllü getməsindən söz açıb:

"Könüllü yazılmamışdım, fürsət düşdü və getdim. Anamla sağollaşmağa gələndə artıq formada idim. Qızım anamın qucağında idi. Gözümə ana, uşaq, səhnə, ailə görünmürdü. Axşam vaxtı idi, hərbi hissəyə gedirdik, "Niva" maşınında oturmuşduq. Arxada oturmuşdum, sürücü, komandir var idi. Tapşırılan məqamlardan biri o idi ki, nəsə olsa, birinci Aygünü vuracayıq. Deyirdilər ki, əsir düşməmək üçün onu vurmalıyıq. Artıq bununla barışmışdım. Dağın döşü ilə gedirdik, komandir dedi ki, çox və səhv getdik. O sözləri demişdik ki, ratsiyadan başladı ermənilərin səsi gəldi. Dağdan bir-birilərinə siqnal verirdilər. Anladıq ki, vəziyyət yaxşı deyil. Komandir dedi ki, birinci Aygünü vurun. Həmin an anamın qucağında qızım gözümün qabağına gəldi (ağlayır). Başladıq geri qayıtmağa, qurtulduq. Belə anlar çox olmuşdu.

Bizim bir gözümüz ağlayır, bir gözümüz gülür. Son azərbaycanlıya qədər, lazım gəlsə, qadınlar da döyüşəcək və Qarabağı alacağıq. Dünya bu baş verənlərə susmamalıdır. Gəncədə olanlara göz yumulmamalıdır. Deyirik ki, koronavirus niyə var? Bu cür haqsızlıqlara kainat dözmür".

Xalq artisti verilişdə həm də silahın asanlıqla sökülüb-yığılması prosesini həyata keçirib. Və bildirib ki, "biz könüllü yazılan xanımlar demək istəyirik ki, əsər lazım olarsa, biz də orduya gedərik".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (834)

Əsas mövzular