07:28 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
3120

Azərbaycan torpaqlarını işğal edən təcavüzkar – Ermənistan var. Bu insanlardan soruşmaq lazımdır: 30 il bizim azərbaycanlı qardaşlarımız dialoqun nəticələrini gözləyirdilər. Bəs bunun üçün nə etdiniz? Cavab – 0" - Hulusi Akar bildirib

BAKI, 12 oktyabr — Sputnik. "Azərbaycan və Türkiyə qardaşdırlar. Bizi ayırmaq mümkün deyil. Biz lazım olanı etməyə davam edəcəyik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar qeyd edib.

"Azərbaycan torpaqlarını işğal edən təcavüzkar – Ermənistan var. Bu insanlardan soruşmaq lazımdır: 30 il bizim azərbaycanlı qardaşlarımız dialoqun nəticələrini gözləyirdilər. Bəs bunun üçün nə etdiniz? Cavab – 0. Bu mübarizədə Türkiyə sonuna kimi Azərbaycanın yanındadır. Bizim azərbaycanlı qardaşlarımız atəşkəs rejiminə əməl edir. Ermənistan isə buna dürüst yanaşmayıb və bu şərtləri yerinə yetirmir. Raketləri ilə mülki insanları amansızcasına qətlə yetirməyə davam etdilər, edirlər", - deyə Akar vurğulayıb.

Əsas mövzular