QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Prezidenti: "Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Türkiyənin “Haber Global” kanalına müsahibə verib
İlham Əliyev Türkiyənin “Haber Global” kanalına müsahibə verib - Sputnik Azərbaycan
Abunə olmaq
"Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur"

BAKI, 12 oktyabr — Sputnik. "Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

"Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir", - deyə Prezident bildirib.

“Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək, ya girməyək – bu, başqa məsələdir. Bizim qarşımızda elə bir siyasi vəzifə yoxdur ki, bu gün oranı, sabah digər yeri elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, ancaq 1-2 gün sonra açıqlama veririk. Bunun da taktikası var”, - Prezident əlavə edib.

Xəbər lenti
0