07:36 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
39 0 0

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1312310-a çatıb. Rusiyada pandemiya yayılandan 22722 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1024235-ə çatıb.

BAKI, 12 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 13592 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 125 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1312310-a çatıb. Rusiyada pandemiya yayılandan 22722 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1024235-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 37 milyonu keçib, 1076846 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular