01:17 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
94 0 0

KTMT-nin Baş katibi Stanislav Zas: "Orada kifayət qədər sağlam düşüncə və öz xalqı qarşısında məsuliyyət var".

BAKI, 8 oktyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək: Bakının Yerevana qarşı ərazi iddiaları yoxdur.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir, bunu təşkilatın Baş katibi Stanislav Zas bildirib.

Zas RT telekanalına müsahibəsində deyib: 

"Əminəm ki, hadisələrin bu cür inkişafı olmayacaq. Birincisi, ona görə ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı ərazi iddialarının olmadığını vurğulayıb və onun suverenliyinə qəsd etmir. İkincisi, orada kifayət qədər sağlam düşüncə və öz xalqı qarşısında məsuliyyət var". 

Zasın sözlərinə görə, KTMT-nin Nizamnaməsi təşkilata daxil olan ölkənin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir:

KTMT baş katibi hansı hallarda təşkilatın Dağlıq Qarabağda baş verənlər məzmunundakı münaqişəyə qoşula biləcəyinə dair suala cavab verərkən deyib:

"Belə hallar bizim normativ sənədlərdə dəqiq təsvir edilib. İki halda - birincisi, KTMT-yə üzv olan ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yarananda, həmin ölkə KTMT-yə müraciət etməkdə haqlıdır. İkinci hal isə təcavüz və hərbi hücumdur. Belə olan təqdirdə, bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında bizim ölkələr təcavüz obyektinə dərhal hərbi yardım daxil olmaqla, bütün yardımları göstərir".

Əsas mövzular