Xameneinin müşaviri: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır

© AP Photo / Ebrahim NorooziАли Акбар Велаяти, фото из архива
Али Акбар  Велаяти, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam Respublikasının keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti: "BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul edilib. Bütün bunlar Ermənistanın işğal etdiyi torpaqları tərk edərək beynəlxalq səviyyədə tanınan sərhədlərinə çəkilməsini tələb edir".

BAKI, 6 oktyabr — Sputnik. "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır".

Sputnik Azərbaycan İran mediasına istinadla xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xarici məsələlər üzrə müşaviri, İslam Respublikasının keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib.

Государственный флаг Ирана в Тегеране, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
İran XİN rəsmisi: Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir

O, Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinə Azərbaycanla Ermənistan arasında yaranan gərginliyi şərh edərkən, BMT-nin bu münaqişə ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu deyib:

"Beynəlxalq hüquqa əsasən ölkələrin ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşırıq. BMT üzvü olaraq bu məsələdə qətiyyətliyik. Bir ölkənin torpağı başqa bir ölkə tərəfindən işğal edilib. Azərbaycanın Respublikasının 7 rayonu işğal olunub. Bununla bağlı BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul edilib. Bütün bunlar Ermənistanın işğal etdiyi torpaqları tərk edərək beynəlxalq səviyyədə tanınan sərhədlərinə çəkilməsini tələb edir".

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür. 

Флаги Азербайджана на улицах Баку. - Sputnik Azərbaycan
SİYASƏT
İran parlementarisi erməniləri Azərbaycanın ərazi toxunulmazlığına hörmət etməyə çağırıb

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.
Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxlıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Xəbər lenti
0