01:24 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
102803

Prezidentin köməkçisi qeyd edib ki, bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket zərbəsi endirib

BAKI, 4 oktyabr - Sputnik. Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket zərbəsi endirib: “Mingəçevirdə Su anbarı və əsas elektrik stansiyası yerləşir. Bu, çarəsizliyin barbar ifadəsidir”.

Müdafiə Nazirliyi də bu məlumatı təsdiq edib. Məlumata əsasən, Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.

Əsas mövzular