03:11 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
130 0 0

Eyni zamanda Tərtər rayonu Səhləabad kəndində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını başa çatdırması mümkün olmayıb

BAKI, 1 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin ötən gün axşam və gecə saatlarında atdığı mərmi nəticəsində Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində evin bir hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda Tərtər rayonu Səhləabad kəndində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını başa çatdırması mümkün olmayıb.

Bundan başqa, Tərtər rayonunda qəbiristanlıq ərazisinə mərmi düşməsi nəticəsində qəbiristanlığın ərazisində başlayan yanğına ərazi atəşə tutulduğundan müdaxilə etmək mümkün olmayıb.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Əlaqədar

Erməni təxribatı nəticəsində 19 dinc sakinimizi itirdik
Ermənistan artıq ikinci dəfə Azərbaycanı Gorusdan raket atəşinə tutdu
Tərtərdə ölümlə nəticələnən mərmi yağışı – hadisə yerindən dəhşətli kadrlar 18+
Kəndlər atəşə tutuldu, ata və oğlu həlak oldular
Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub
Teqlər:
FHN, Azərbaycan, yanğın, Ermənistan ordusu, erməni təxribatı, qəbiristanlıq, Tərtər

Əsas mövzular