SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xaricdəki diplomatlarımıza tapşırıqlar verildi - Rəsmi

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива
Министр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər naziri Ceyhun Bayramov: "Beynəlxalq ictimaiyyətin erməni təxribatları barədə məlumatlandırılması ilə bağlı səfirlərimizə tapşırıqlar verilib".

BAKI, 28 sentyabr — Sputnik. "Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə sentyabrın 27-də videokonfrans vasitəsilə müzakirələr apardıq. Beynəlxalq ictimaiyyətin erməni təxribatları barədə məlumatlandırılması ilə bağlı səfirlərimizə tapşırıqlar verilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov məlumat verib. O bildirib ki, videokonfransda diplomatlarla Ermənistanın növbəti təxribatları barədə müzakirələr aparılıb. Onun sözlərinə görə, görüşdə diplomatlara müvafiq tapşırıqlar verilib.

"Biz beynəlxalq təşkilatları da davamlı şəkildə məlumatlandıracağıq", - deyə nazir bildirib.

Xəbər lenti
0