Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq

Abunə olmaq
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.

Xəbər lenti
0