16:45 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
18701

Nəticədə bir sıra bölgələrdə uzun müddət davam edən və yağıntılarla müşayiət olunan anormal aşağı temperatur müşahidə edilib.

BAKI, 26 sentyabr — Sputnik. Birinci Dünya Müharibəsi zamanı çox sayda insan ölümünə iqlim anomaliyası səbəb ola bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iqlim anomaliyası həm də 50-100 milyon insanın ölümünə səbəb olan "ispan qripi"nin yayılması üçün əlverişli şərait yaradıb.

Harvard Universitetinin əməkdaşları Avropanın Alp dağlarında buzlaqdakı kernləri (analiz üçün sütun şəklində çıxarılan dağ süxurları - red.) analiz edərək, müəyyən ediblər ki, 5 il ərzində (1914-1919) Atlantik okeanından və Arktikadan Avropaya çox miqdarda rütubət və soyuq hava daxil olub.

Nəticədə bir sıra bölgələrdə uzun müddət davam edən və yağıntılarla müşayiət olunan anormal aşağı temperatur müşahidə edilib.

Həmin vaxtlarda Qərb Cəbhəsində şiddətli döyüşlər gedirdi. Şahidlərin sözlərinə görə, hər iki tərəfdəki döyüşçülər sözün əsl mənasında çirkabda boğulublar. Maye palçıq səngərlərə dolur, qoşunların irəliləməsini yavaşladırmış. Əsgərlər kütləvi donma, sətəlcəm və yoluxucu xəstəliklərdən əziyyət çəkirdilər.

Pis hava məhsula da təsir göstərirdi. İnsanlar az qidalanır, bu da xəstəliklərə qarşı müqavimət qabiliyyətlərini azaldırdı. Tədqiqat zamanı anormal soyuğun pik həddi ilə Avropada ölüm artımlarının üst-üstə düşdüyü müəyyən edilib.

Alimlər iqlim anomaliyasının ispan qripi (H1N1) virusunun daşıyıcısı hesab olunan ördəklərin köç yollarını dəyişdirdiyini də açıqlayıb.

Belə ki, onlar 1917-1918-ci illərdə hər zamankı kimi Rusiyaya köç edə bilməyib, Qərbi Avropada qalıb. Quşlar insanların və ev heyvanlarının yanında qalaraq, su obyektlərini mənimsəyiblər. Bu da pandemiyanın yayılmasına səbəb kimi göstərilir.

Əsas mövzular