Çamadanları toplayın, Ankaraya yol göründü

© Sputnik / Anton Denisov / Mediabanka keçidВид на город Анкара
Вид на город Анкара - Sputnik Azərbaycan
Abunə olmaq
Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşların çərşənbə və cümə olmaqla həftədə 2 dəfə həyata keçirilməsi planlanlaşdırılıb və onlar AnadoluJet markası ilə həyata keçiriləcək.

Türk Hava Yollarından Sputnik Azərbaycan-a bildirilib ki, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq: "Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarımızda tələbə endiriminin keçərli olduğunu və tətbiq edilə bilinəcəyini xüsusiylə qeyd etmək istəyirik".

Məlumatda qeyd olunur ki, Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

Xəbər lenti
0