08:10 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Anar Cəbrayıllı: "Neftçala rayonunu içməli su ilə təmin edəcək kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində işlərə başlanılıb. Burada dəmir-betondan ibarət dayaqlar tikiləcək, onun üzərində estakada quraşdırılacaq və kəmər həmin estakadanın üzərindən aparılacaq".

BAKI, 24 sentyabr — Sputnik. Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya çəkilməli olan 44 km uzunluğundakı magistral su kəmərinin artıq 38 km-i quraşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

O qeyd edib ki, ötən gün "Azərsu" ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və sədr müavini Etibar Məmmədov Neftçala rayonunda olublar. Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə işlərin gedişi müzakirə edilib, layihənin vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlar verilib.

A.Cəbrayıllı əlavə edib ki, Neftçala rayonunu içməli su ilə təmin edəcək kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində işlərə başlanılıb. Burada dəmir-betondan ibarət dayaqlar tikiləcək, onun üzərində estakada quraşdırılacaq və kəmər həmin estakadanın üzərindən (Kür çayının üstündən) aparılacaq: "Kəmərin böyük hissəsi - 38 km-i artıq çəkilib, eyni zamanda, Salyan rayonu ərazisində su anbarının tikintisinin də böyük hissəsi icra olunub. İşlər qrafikə uyğun şəkildə davam etdirilərsə, cari ilin noyabr ayında artıq su kəməri şəhərin mövcud şəbəkəsinə birləşdiriləcək. Beləliklə, Kür sutəmizləyici qurğularında emal olunan və Şirvan-Muğan qrup su kəməri ilə nəql olunan içməli su Neftçala sakinlərinə çatdırılacaq".

Xatırladaq ki, 4 aya yaxındır ki, Kür çayının səviyyəsinin düşməsi və Xəzərin suyunun Kür suyuna qarışması ilə əlaqədar Neftçala və ətraf kəndlərin sakinləri susuz qalıblar. Onlara su xüsusi avtomobillərlə daşınır.

Əlaqədar

Neftçala sahilində tapılan cəsəd ailəsinə təhvil verilib
Dubaya niyə, bizə Neftçala da yaxşıdır: Stilistimiz xaricdə iş təklifini rədd edib
Gözlənilən VİDEO: DTX Neftçala İcra hakimi ilə bağlı məlumat yaydı
Neftçalanın su problemi ilə bağlı vacib xəbər
Teqlər:
Neftçala, Anar Cəbrayıllı, "Azərsu", "Azərsu" ASC

Əsas mövzular