05:04 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Sentyabrın 23-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

BAKI, 22 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Sentyabrın 23-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 13-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 23-24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Əsas mövzular