Metrodakı gecikmənin səbəbi bəlli oldu

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
"Metronun "Nərimanov" - "Ulduz" mənzilində hərəkəti tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib" - B.Məmmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Bu gün "Bak Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində qatarların hərəkətində gecikmə olub. Sputnik Azərbaycan xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, gecikmənin səbəbi yaranmış texniki problemlə əlaqədar olub:

"Belə ki, metronun "Nərimanov" - "Ulduz" mənzilində hərəkəti tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib. Bu səbəbdən də bəzi qatarlar arasında 2-3 dəqiqə interval gecikməsi baş verib".

Xəbər lenti
0