Qubada müəmmalı yanğınlar baş verib: Polis kəndin girişində post qoyub

Abunə olmaq
Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar.

BAKI, 19 sentyabr — Sputnik. Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub.

Sputnik Azərbaycan-ın Report-a istinadla verdiyi xəbərə görə, Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar. Kənd sakinləri İslam Vəzirov, Hamza Çaxalov, İsmixan Qədirov və Maxsud Abasov yanğından zərər çəkiblər.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi gəlib. Bundan əlavə, hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də baş çəkib. Yanğının qəsdən törədilməsi güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0