07:43 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçənlərin sayı açıqlandı - indiyədək 26 459 elektron müraciət daxil olub.

BAKI, 18 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına bu gwn saat 16:00-dək 26 459 elektron müraciət daxil olub.

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-dək davam edəcək. Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Əlaqədar

Məktəbəqədər hazırlıq – valideyinlər nəyə diqqət yetirməlidir
Məktəbəqədər hazırlıq niyə vacibdir - ekspert izah edir
Məktəbəqədər hazırlıq niyə vacibdir - ekspert şərhi
Məktəbəqədər hazırlıq uşaqlara necə təsir edir - ekspert şərhi
Ekspert məktəbəqədər hazırlıq qruplarının önəmini şərh edir

Əsas mövzular