23:50 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Minsk və Moskva "Sputnik V" vaksininin sınaqlarının üçüncü mərhələsində Belarusun da iştirakı barədə razılığa gəliblər.

BAKI, 17 sentyabr — Sputnik. Belarus Rusiyanın koronavirus əleyhinə vaksininin klinik sınaqları üçün sənədlər paketini alıb.

Sputnik Azərbaycan Belarus Respublikası Səhiyyə Nazirliyinin "Telegram" kanalına istinadən xəbər verir ki, hazırda əldə olunmuş sənədlər araşdırılır. 

Ekspert qrupunun tərkibinə "Səhiyyə Ekspertiza və Sınaq Mərkəzi" müəssisəsinin əməkdaşları, həmçinin epidemiologiya və infeksion xəstəliklər üzrə aparıcı mütəxəssislər daxildir. Onlar preparatın "effektivliyinə və təhlükəsizliyinə dair etibarlı məlumatların əldə edilməsi" imkanını qiymətləndirməli, eləcə də sınaqla bağlı etik məsələləri nəzərdən keçirməlidirlər.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

"Vaksin sınağının ikili gizli plasebo-nəzarət formasında keçirilməsi planlaşdırılır. Bu sınaq Rusiya Federasiyası ərazisində aparılan "Qam-KOVİD-Vak" vaksinin irimiqyaslı tədqiqatının bir hissəsi olacaq", — Səhiyyə Nazirliyi bildirir.

Belarusdakı sınaqlarda yüzə yaxın könüllü iştirak edəcək. Arzu edənlər tədqiqat meydançaları kimi seçilmiş təşkilatlarının saytlarında müraciət edə bilərlər.

Bundan əvvəl Minsk və Moskva "Sputnik V" vaksininin sınaqlarının üçüncü mərhələsində Belarusun da iştirakı barədə razılığa gəliblər.

"Sputnik V" vaksininin sınaqları zamanı iştirakçıların 100 faizində davamlı humoral və hüceyrə səviyyəsində immun cavabı formalaşıb və onlarda heç bir meyar üzrə ciddi arzuolunmaz hal yaranmayıb. Bununla yanaşı, peyvənd edilmiş könüllülərdə virusu neytrallaşdıran anticisimlərin səviyyəsi sağalmış insanlardakı anticisimlərin səviyyəsindən 1,4-1,5 dəfə artıq olub.

Teqlər:
Belarus, vaksinasiya, vaksin

Əsas mövzular