Sabah Sabunçuda su olmayacaq

© AFP 2023 / DANIEL LEAL-OLIVASРебенок моет руки, фото из архива
Ребенок моет руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərciyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.

BAKI, 17 sentyabr — Sputnik. Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sabah Bakının Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərciyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Xəbər lenti
0