03:12 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
80110

"Birləşmiş Ştatlar və onun tərəfdaşları təməl prinsiplərini və həyat tərzini müdafiə etməyə davam etməlidirlər", – Esper əlavə edib.

BAKI, 17 sentyabr — Sputnik. Rusiya və Çin ABŞ-ın əsas strateji rəqibləridir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper "Rand Corporation" mərkəzində çıxış edərkən bildirib.

Onun nitqinin mətni Pentaqonun saytında dərc olunub.

"Bu gün böyük dövlətlərin rəqabəti dövründə Müdafiə Departamenti Çini, daha sonra isə Rusiyanı əsas strateji rəqiblərimiz kimi müəyyən edir", - məlumatda bildirilir.

Esperin sözlərinə görə, hər iki ölkə silahlı qüvvələrini müasirləşdirir, həmçinin kosmik və kiber məkanlarda imkanlarını genişləndirir.

"Birləşmiş Ştatlar və onun tərəfdaşları təməl prinsiplərini və həyat tərzini müdafiə etməyə davam etməlidir. Və biz bunu etməkdə qərarlıyıq", – Pentaqon rəhbəri əlavə edib.

Əsas mövzular