00:07 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
53711

Rəssamın fikrincə, əgər pianoçu oğlu Türkiyəyə bilet almaq üçün, həmçinin bahalı mehmanxanada qalmaq üçün pul tapıbsa, "birtəhər geri qayıtmaq üçün də pul tapacaq".

BAKI, 17 sentyabr — Sputnik. Məşhur rusiyalı rəssam Nikas Safronov pianoçu oğlu Luka Zatravkin tərəfindən Türkiyədə sındırılmış hovuzun təmiri üçün pul ödəməkdən imtina edib. Bu barədə Sputnik Azərbaycan "Sobesednik" nəşrinə istinadən xəbər verir.

Bir qədər əvvəl məlum olub ki, Safronovun oğlu Luka Zatravkin Türkiyədə otellərdən birinin uşaq hovuzunu sındırıb və bundan sonra hoteldə "girov" götürülüb.

Safronovun sözlərinə görə, otel kompensasiya ödənilməyənə qədər oğlunu buraxmaqdan imtina edib. Medianın məlumatına görə, hotel rəhbərliyi Zatravkinin vurduğu zərəri 19 min dollar dəyərində qiymətləndirib.

"Mən onun artıq çəkisi ilə bağlı istənilən fəsadlara görə məsuliyyət daşımaq fikrində deyiləm", — Safronov bildirib və oğluna görə imicinin xələl görməsindən gileylənib.

Rəssamın fikrincə, əgər pianoçu Türkiyəyə bilet almaq üçün, həmçinin bahalı mehmanxanada qalmaq üçün pul tapıbsa, "birtəhər geri qayıtmaq üçün də pul tapacaq".

Pianoçu özü isə RİA Novosti-yə bildirib ki, otel onu uşaq hovuzunun təmirinə görə pul ödəməkdən azad edib.

Əsas mövzular