Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Müdafiə naziri Minskə getdi

© Sputnik / Murad OrujovRusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Rusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş zamanı Rusiya Prezidenti qeyd edib ki, belaruslar özləri, xaricdən ipucu almadan ölkədə yaranmış vəziyyəti həll etməlidirlər.

BAKI, 16 sentyabr — Sputnik. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskə gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

"Belarus və Rusiya arasında ikitərəfli hərbi əməkdaşlıq münasibətlərini müzakirə etmək üçün Rusiya Federasiyasının Müdafiə naziri, Ordu generalı Sergey Şoyqunun rəhbərliyi ilə Rusiya nümayəndə heyəti işgüzar səfərə gəlib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Xatırladaq ki, sentyabrın 14-ü Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə görüş keçiriblər.

Görüş zamanı Rusiya Prezidenti qeyd edib ki, belaruslar özləri, xaricdən ipucu almadan ölkədə yaranmış vəziyyəti həll etməlidirlər.

"Biz görürük, təbii ki, hamımız bilirik ki, Belarusda baş verənlər seçkilərlə bağlı ölkədaxili işlərdir. Siz bizim mövqeyimizi yaxşı bilirsiniz. Biz istəyirik ki, belaruslar özləri xaricdən heç bir ipucu və təzyiq olmadan, sakit rejimdə və bir-biriləri ilə dialoq halında vəziyyəti həll etsinlər və bundan sonra işlərini necə quracaqlarına dair ortaq nəticəyə gəlsinlər", - deyə Putin qeyd edib.

Rusiya Prezidenti eyni zamanda qeyd edib ki, ölkəsi Belarusa investisiya yatıran ən böyük ölkədir: "Rusiya və Belarus arasında bir çox sahələrdə dərin əməkdaşlıq mövcuddur. Ölkələr pandemiya ilə bağlı ticarət dövriyyəsini bərpa etməlidirlər".

Rusiya lideri belaruslu həmkarı ilə görüşündə, həmçinin bildirib ki, Rusiya Belarusa 1,5 milyard dollar həcmində dövlət krediti ayıracaq: "Hazırda maliyyə nazirləri peşəkar səviyyədə dialoq aparırlar".

Lukaşenko isə öz növbəsində qeyd edib ki, Respublikada baş verən hadisələr Minskin Rusiyaya yaxın olmalı olduğunu göstərdi: "İqtisadiyyat hər şeyin əsasında dayanır. İnanın mənə, biz həmişə bu xəttə (Rusiya Federasiyası ilə əməkdaşlığa – red.) sadiq qalmışıq. Son hadisələr bizə böyük qardaşımızla daha yaxın olmağımızı və iqtisadiyyat da daxil olmaqla bütün məsələlərdə daha yaxından əməkdaşlıq etməyimiz lazım olduğunu göstərdi".

Xəbər lenti
0